“Qarabağ” sabahdan başlayır
06.11.2012 - 17:45
“Qarabağ” sabahdan başlayır
Noyabrın 18-də “Simurq”la qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AZAL-la baş tutan oyundan sonra komandaya 2 günlük istirahət vermişdi. Apasport.az saytının xəbərinə görə, Ağdam klubu sabahdan məşqlərə başlayacaq. Milli oyunlarla əlaqədar olaraq yaranacaq fasilə müddətində “Qarabağ” hazırlıqlarını tam heyətlə yerinə yetirə bilməyəcək. Çünki milli futbolçular – Bədavi Hüseynov, Maksim Medvedev, Hacı Əhmədov, Vüqar Nadirov, Vaqif Cavadov, Rauf Əliyev (əsas milli), Tural İsgəndərov, Qara Qarayev (U-21) yığmaların heyətinə yollanıb.