Yunis Hüseynov: Bu aqibəti heç kimə arzulamıram
06.11.2012 - 18:34
“Hələ işsizəm, amma yaxın günlərdə nəsə olmalıdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.
7 ay cənub təmsilçisini çalışdıran 47 yaşlı mütəxəssis ötən həftə “Sumqayıt”la qolsuz bərabərlikdən sonra postundan ayrıldı.
Onun sözlərinə görə, yaxın günlərdə yeni komandada çalışmağı mümkündür: “Təyinatım 1-2 günə reallaşa bilər. Reallaşmasa, yenə gözləyərik. Yalnız onu deyə bilərəm ki, bizim komanda deyil. İşıq ucu var, görək necə olacaq. Ola bilsin bu gün, yaxud sabah yeni xəbər çıxsın”.
Hüseynov bildirib ki, yerli mütəxəssislərin hansısa klubdan ayrılmasından sonra uzun müddətli məcburi istirahətdə olmalarını arzuolunmaz hal sayır: “Bu aqibəti heç bir məşqçiyə arzulamıram. Mən də uzun müddət – 1 il 10 ay işləməmişəm. Məşqçi işləyəndə, formada olur. İşləməyəndə, bir az passivləşir. Bütün işsiz məşqçilərimizə iş arzulayıram. Onlar buna öz savadları ilə layiqdirlər”.

0
0