Futbol yığmamız püşkatmanı gözləyir
06.11.2012 - 23:05
Noyabrın 20-də Azərbaycanın qadınlardan ibarət U-19 yığmasının 2013/14 UEFA Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olacaq. Apasport.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək. Müəyyən fasilədən sonra bu il yaradılan Azərbaycanın U-19 yığması reytinqi aşağı olduğu üçün 4-cü səbətdə yer alacaq.
44 komandanın iştirakı ilə keçiriləcək seçmə mərhələdə komandalar hərəsində 4 kollektiv olmaqla 11 qrupa bölünəcəklər. Qrup oyunları mini-turnir şəklində 2013-cü il 21-16 sentyabr aralığında bir ölkədə keçiriləcək. Qrup qalibləri və ikinci yeri tutan ən yaxşı 10 ikinci seçmə mərhələyə, o mərhələ 7 qalibi isə finallara vəsiqə əldə edəcək. Final mərhələsi 2014-cü ilin iyulunda Norveçdə baş tutacaq.
Seçmə qrup oyunlarını qəbul edəcək ölkələrin adlarına püşkatmadan sonra aydınlıq gələcək.

0
0