UEFA prezidenti Türkiyəni üzdü
07.11.2012 - 00:16
UEFA prezidenti  Türkiyəni üzdü
UEFA prezidenti Mişel Platininin Avro-2020-nin təşkili bağlı verdiyi təklif ətrafında müzakirələr davam edir. Apasport.az saytının Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Platini Türkiyənin eyni ildə həm Olimpiya Oyunları, həm də Avropa çempionatını qəbul etmək şanslarının az olduğunu söyləyib: "Belə böyük miqyaslı iki yarışı eyni ildə təşkil etmək çətindir. İkisindən birini keçirmək üçün Türkiyəyə dəstək ola bilərəm, amma bu hər ikisini əldən buraxmaq baxımından risklidir".

Bununla belə, Platininin AÇ-2020-ni Avropanın 12 ölkəsində keçirmək təklifi qəbul edilərsə, yarımfinal və final matçlarını məhz Anadoluda təşkil olunacaq. Yekun qərar dekabrın 6-7-də İsveçrənin Nyon şəhərində keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.