“Metallist”in prezidenti futbolçuları qadın paltarı ilə hədələdi
07.11.2012 - 00:50
“Metallist”in prezidenti futbolçuları qadın paltarı ilə hədələdi
Xarkovun "Metallist" klubunun prezidenti Aleksandr Yaroslavski maraqlı açıqlama ilə gündəmə gəlib. Apasport.az saytının Ukrayna mətbuatına istinadla verdiyi məlumata görə, qalmaqallı klub rəhbəri komandanın son uğursuz nəticələrindən sonra futbolçularla danışacağını və onları cəzalandıracağını bildirib: "Yaxınlarda futbolçularla görüşəcəm və onlara deyəcəm: ayılmasalar, işləməsələr, özlərinə tənqidi yanaşmasalar, işlərin axırı yaxşı olmayacaq.

Özlərinə gəlməsələr, radikal qərarlar vermək lazım olacaq. Məsələn, onları şəhər kənarında əyinlərinə don geyindirmək və üzlərinə kosmetika vurmaq. Qoy, orda dayansınlar.

Yoxsa məndə belə bir təəssürat yaranır ki, oyunçulara futbol qadağan edilib. Futbol əsl kişilər üçün oyundur. Balet tərəfdarlarına isə Xarkovda yer yoxdur!"