Eysebio yığmamızın qrupunu dəyərləndirdi
07.11.2012 - 01:05
Eysebio yığmamızın qrupunu dəyərləndirdi
Əfsanəvi portuqaliyalı futbolçu Eysebio DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun nəticələri ilə bağlı proqnoz verib. Apasport.az saytının xəbərinə görə Rusiyanın "Sport-Ekspress" qəzetinə müsahibə verən Eysebio Rusiyanı favorit kimi göstərib: "Rusiyanı mənim köhnə dostum Fabio Kapello çalışdırır. Çox böyük məşqçidir. Komandaya yeni oyun stili aşılayır. Portuqaliyanın final mərhələsinə qatılacağına şübhəm yoxdur. Amma yalnız pley-offdan sonra. Çünki qrupu Rusiya lider kimi tamamlayacaq".

Qeyd edək ki, bu qrupda Rusiya, Portuqaliya, İsrail, Şimali İrlandiya və Lüksemburqla yanaşı, Azərbaycan yığması da mübarizə aparır.