Millimiz Şimali İrlandiyaya carter reysi ilə yollanacaq
07.11.2012 - 01:28
Millimiz Şimali İrlandiyaya carter reysi ilə yollanacaq
Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya ilə oyunun hazırlıqlarına başlayıb. Apasport.az saytının verdiyi xəbərə görə, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda mətbuat açıq məşqə çıxan milli noyabrın 9-a qədər Bakıda hazırlaşacaq. Ertəsi gün isə komandamız çarter reysi ilə Şimali İrlandiyanın paytaxtı Belfasta yollanacaq.

Noyabrın 8-də UEFA Avropa Liqasında "Rubin"lə qarşılaşacaq "Neftçi"nin iki futbolçusu - Mahir Şükürov və Rəşad Sadiqov düşərgəyə ayın 9-da qoşulacaq. Həmin gün Berti Foqtsun Belfasta yollanacaq heyətdən çıxaracağı futbolçuların da adları müəyyənləşəcək.