“Rubin” qələbə üçün Bakıda nə qədər güc lazımdırsa, o qədər sərf edəcək”
07.11.2012 - 01:14
Moskva "Spartak"ının keçmiş futbolçusu Valeri Reynqold "Neftçi" - "Rubin" görüşü barədə fikirlərini bölüşüb. Apasport.az saytının xəbərinə görə, veteran mütəxəssis rusiyalıların qələbə qazanacağına şübhə etmir: "Rubin" "Neftçi"dən bir baş üstündür. Bunu birinci oyun da göstərdi. Düşünürəm ki, Kazanda olduğu kimi, bu dəfə də "Rubin" rəqibini darmadağın etməyəcək və qələbə üçün Bakıda nə qədər güc lazımdırsa, o qədər sərf edəcək".
0
0