Aleks Ferqyussona heykəl qoyulur
07.11.2012 - 02:00
 Aleks Ferqyussona heykəl qoyulur
"Mançester Yunayted" əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyussona heykəl qoyacaq. Apasport.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti xəbər yayıb.

Noyabrın 23-də açılış olacaq və komandaya məxsus "Old Trafford" stadionunun Şimal tribunasına giriş qarşısında qoyulacaq heykəlin müəllifi heykəltəraş Filipp Cekson olacaq.

Qeyd edək ki, Mançester klubuna 26 ildir rəhbərlik edən Ser Aleks məhz 1986-cı ilin bu günü - noyabrın 6-da müqavilə imzalayıb. Bu müddətdə Fergyusson kluba 37 titul qazandırıb. Onların arasında 12 Premyer Liqa çempionluğu, 5 İngiltərə kuboku, 4 İngiltərə Liqa Kuboku və 2 Çempionlar Liqası kubokunu qeyd etməyə dəyər.