Millimizə qol vurdu, UEFA-nın “Qızıl buts”unu aldı
07.11.2012 - 09:23
İspaniya milli komandasının futbolçusu Fernando Torres “Qızıl buts” alıb. Apasport.az saytının məlumatına görə, “Çelsi”nin 28 yaşlı hücumçusu UEFA-nın təqdim etdiyi “Adidas” markalı mükafata bu il keçirilən Avropa çempionatı bombardiri olduğuna görə layiq görülüb.
Torres yığmasına Polşa və Ukraynada keçirilən həmin turnirdə 4 il öncə qazandığı Avropa çempionluğu titulunu qorumağa kömək olub. O, yarışda 3 qol vurub ki, bunlardan biri İtaliyaya Kiyevdə 4:0 hesabı ilə qalib gəldikləri final oyununda reallaşıb. Fernando “Qızıl buts”una “Şaxtyor”la Çempionlar Liqasının qrup mərhələsinin IV turundakı ev oyunundan öncə qovuşub.
Son Avropa çempionatında Torreslə yanaşı, daha 5 futbolçu 3 qol vurmuşdu. Ancaq onlardan yalnız ispaniyalı ilə Almaniya yığmasının hücumçusu Mario Qomes öz qollarına məhsuldar ötürmələr də əlavə ediblər. Torresə ona görə 1-ci yer verilib ki, turnirdə almaniyalı həmkarından (282) az – 189 dəqiqə oynayıb.
O, ən sərrast oyunçu olmaqla millidə komanda yoldaşı, son Avropa çempionatına zədə üzündən aparılmayan Daviv Vilya ilə Danimarka yığmasının hücumçusu Henrik Larsenin uğurunu təkrarlayıb. Belə ki, onlar də müvafiq olaraq 2008 və 1992-ci illərdə həmin çempionatın bombardiri və qalibi olublar.
Qeyd edək ki, Torres 2009-cu ildə milli komandamıza Bakıda 6:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə qollardan birini vurub.

0
0