Millimizə qol vuran futbolçu Asiyada ən yaxşılar arasında
18.11.2012 - 15:41
Millimizə qol vuran futbolçu Asiyada ən yaxşılar arasında
Asiya Futbol Konfederasiyası bu ilin ən yaxşı futbolçusuna namizədlərlə bağlı siyahını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu, qitənin ən yaxşı futbolçusu və asiyalı legionerə iddiaçılardır.

Asiyanın ən yaxşı futbolçusuna Li Qın Xo (Cənubi Koreya), Lukas Nill (Avstraliya), Əli Kərimi, Mühsin Benqar (hər ikisi İran) bvə Çjen Çjidir (Çin). Asiya legioner isə Avropada çıxış edənlər – Mark Şvartser (Avstraliya), Yuto Naqamoto və Sinji Kaqavadan (hər ikisi Yaponiya) biri olacaq.

Qeyd edək ki, Kaqava bu il millimizdə evdə 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə qol vurub.