“İnter”in sabiq baş məşqçisi Andrey Şevçenkodan cavab gözləyir
18.11.2012 - 16:20
“İnter”in sabiq baş məşqçisi Andrey Şevçenkodan cavab gözləyir
“İnter”in sabiq baş məşqçisi Anatoli Konkov məşhur ukraynalı futbolçu Andrey Şevçenkodan cavab gözləyir. Apasport.az saytının məlumatına görə, Ukrayna Futbol Federasiyasının prezidenti olan Konkov 36 yaşlı veteran hücumçunun yığmanın baş məşqçisi olmaqla bağlı sabah bir daha görüşəcək.

Əslində, məsələnin həlli bu həftəsonu gözlənilirdi. Ancaq Konkovun sözlərinə görə, məsələ sabaha təxirə salınıb: “Bizim Şevçenko ilə görüşümüz oldu. Daha biri var. Bazar ertəsi həminki görüş sonuncu
olacaq. Bundan sonra sizin suallarınızı cavablandırmağa hazıram”.

Şevçenko kapitanı olduğu yığmada bu il Avropa çempionatında çıxış etdikdən sonra karyerasını bitirib.

Qeyd edək ki, 63 yaşlı Konkov 2004-cü ildən 2006-cı ilə kimi rəhbərlik etdiyi “İnter”lə Azərbaycan kubokunun finalçısı olub.