“Onun futbolçumuzun saçından tutub dartmağı mənə pis təsir elədi” – MÜSAHİBƏ
18.11.2012 - 17:09
Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynovun apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşına müsahibəsi
- Uzun fasilədən sonra millinin heyətində 90 dəqiqə meydanda oldunuz. Şimali İrlandiya yığması ilə 1:1 hesabı ilə nəticələnən həmin səfər oyununu yadınızda necə qaldı?
- Bilirdik ki, oyun gərgin olacaq və gözlədiyimiz kimi də oldu. Şimali İrlandiya yığması Britaniya futbolu oynayır. Bu da yalnız “ikinci mərtəbə”də oyundan ibarətdir. Demək olar yerlə təhlükəli vəziyyət olmadı. Ancaq inanırdıq ki, xal qazanacağıq. Hətta mən qələbəyə inanırdım. Düzdür, bu, nə qədər inandırıcı olsa da, olmasa da belə idi. Mən oyundan qabaq futbolçularımıza deyirdim ki, biz Şimali İrlandiyadan qələbə ilə qayıdacağıq.
- Bu inamın nədən irəli gəlirdi?
- Ondan irəli gəlir ki, artıq biz günü-gündən inkişafa doğruyuq. İndi elə fikirləşirəm ki, artıq bizim üçün yaxşı oynayıb, uduzmaq çox azdır. Biz yalnız nəticə, qələbə üçün oynayırıq və buna inanırıq da.
- Sizi adətən yarımmüdafiənin cinahlarında adət etmişik. Ancaq Belfastdakı matçda meydanın mərkəzində oynayaraq, oyun qurucusu kimi böyük həcmdə iş görməli idiniz. Bu mövqedə oynamaq sizə çətin deyildi?
- Həqiqətən çətin idi. Çünki həm oyun qurmalı, həm də müdafiəyə kömək etməlisən. Əslində, mənim mövqeyim oradır. Mən uşaq futbolundan bəri yarımmüdafiənin mərkəzində oynamışam. Sadəcə, müəyyən səbəbə görə məni sağda, solda oynadıblar. Bu, baş məşqçinin istəyindən asılıdır və məni harada istəyir, oynadır.
- Şimali İrlandiya ilə oyunda sizin mövqeyinizdə dostunuz Elvin Məmmədovun yer alacağı gözlənilirdi. Ümumiyyətlə, start heyətində yer almağınız sizin üçün gözlənilməz olmadı?
- Sözün düzü, gözləyirdim. Məşqlərdən hiss edirdim ki, start heyətində yer alacağam. Şükür Allaha, indi özümü çox rahat hiss edirəm. Düzdür, klubla millinin oyunları bir az düzgün olmur. Çünki yığmanın matçına görə “Adana Dəmirspor”da artıq 3 oyun buraxmışam. Nəticədə bir az natarazlıq yaranıb.
- Bu da ondan irəli gəlir ki, hər yerdə I divizionun oyunları millinin matçları olan zamanı gedir...
- Düzdür, çempionat dayanmır. Ancaq oyunuma görə özlüyümdə çox rahatam. Artıq formaya düşmüşəm. Bunu hər gün məşqlərdə hiss edirəm.
- Oyunda bir epizodda rəqiblə mübahisəyə görə hakim hər ikinizə sarı vərəqə göstərdi. Orada nə baş verdi?
- Həmin futbolçu yerdə uzanan komanda yoldaşım Elhad Nəzirinin yanına gəlib, saçından dartdı ki, dur ayağa. Sözün düzü, mən heç ora getməyəcəkdim, qıraqdan baxırdım. Ancaq gördüm ki, onların oyunçusu futbolçumuzun saçından dartır, bu, artıq mənə qıraqdan pis təsir elədi. Bir az əsəblərimi cilovlaya bilmədim. Məndə bu baxımdan bir az çatışmazlıq var (gülür).
- Bəs son saniyələrdə buraxaraq, qələbəni əldən verməyimizə səbəb olan qolu nə ilə əlaqələndirirsiniz?
- Düzdür, həmin qol üzücü oldu. Həqiqətən də bizi qələbədən 1 dəqiqə ayırdı. Mən hər şeyi, 90 dəqiqəni qoyuram qırağa. Həmin vaxt oyunun bitməyinə saniyələrdə qalırdı.
- Baş hakim oyuna 6 dəqiqə əlavə etdi...
- Sözün düzü, mən elə bildim ki, 2 dəqiqə artırıb. Oyundan sonra öyrəndim ki, 6 dəqiqə artırıbmış. Ancaq mən hər şeydən öncə fikirləşirdim ki, bizə artıq 4 xalla qrupda bu ili qurtarmaq çox yaxşıdır. Mən yalnız 4 xalı fikirləşirdim. Ancaq biz qələbəni əldən buraxdığımızdan, hazırda hesabımızda 2 xal var.
- Klubunuzda işlərin necədir? Sizə olan borcu ödədilər?
- Bu məsələ düzəlib, pulumu alıram. Ancaq qalıb-qalmayacağım hələ bilinmir. Görürsən də, millinin oyunları ilə əlaqədar natarazlıq yaranır. Yığmaya görə artıq 3 oyun buraxmışam.
- Hələ ki bunu milliyə görə qurban verirsiniz. Ancaq futbolçu üçün klub karyerası da çox vacibdir...
- Düzdür. Ancaq milli komanda da vacibdir.
- Bunu tarazlaşdırmaq üçün gərək Superliqada, ümumiyyətlə, güclülər dəstəsində oynayasan...
- Elədir. Türkiyənin I divizionunda millinin oyunları zamanı çempionat gedir. Görək, bir şey fikirləşərik.
Mehman SÜLEYMANOV

0
0