Karles Martorell Bakes: “Bakı” layiqli qələbə qazandı
18.11.2012 - 17:27
Karles Martorell Bakes: “Bakı” layiqli qələbə qazandı
“Bakı”nı qələbə münasibətilə təbrik edib. Rəqibimzi bu gün layiqli qələbə qazandı”. Aasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Karles Martorell Bakes deyib. Onun ölkəmizdə debütü bu gün Topaz Premyer Liqasında “Bakı” ilə səfər oyununda olub və uğursuz alınıb. Belə ki, lənkəranlılara 0:2 hesabı ilə uduzub.

İspan çalışdırıcı komandasının çıxışından narazı qalıb: “Bu gün biz zəif oynadıq. Nəticədə məğlub olduq. “Bakı” isə qələbəni yaxşı oyun nümayiş etdirərək qazandı”.