Bojidar Bandoviç: Komandamdan belə oyunu çoxdan gözləyirdim
18.11.2012 - 17:34
“Mən nəticə ilə yanaşı, komandamın oyunundan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın serbiyalı baş məşqçisi Bojidar Bandoviş deyib. Onun komandası uzun fasilədən sonra qələbəni Topaz Premyer Liqasında “Xəzər Lənkəran”la bugünkü ev oyununda 2:0 hesabı ilə qazanıb.
Bandoviçin fikrincə, heyətdəki dəyişiklər öz bəhrəsini verib: “Bunun davam edəcəyini istisna etmirəm. Qələbə qazanmağımız “Bakı”nın optimal heyətinin olduğunu göstərir. Komandamız nəhayət ki, bacarığını göstərdi. Mən bu oyunu ondan çoxdan gözləyirdim”.

0
0