Rail Məlikov 90 dəqiqə oynadı, komandası qalib gəldi
18.11.2012 - 18:51
Rail Məlikov 90 dəqiqə oynadı, komandası qalib gəldi
Azərbaycan yığmasının sabiq futbolçusu Rail Məlikovun oynadığı Türkiyənin “Dənizlispor” növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, I divizion təmsilçisi bu gün XII turda evdə “Adanapor”a 1:0 hesabı ilə qalib gəlib. Məlikov 90 dəqiqə meydanda olub. Onun komandası 15 xalla 11-ci yerdə gedir.