“Sona qədər mübarizə apardıq və qələbə qazandıq”
18.11.2012 - 18:55
“Bizim üçün vacib oyun idi, çempionatda ikinci yerdə gedən komandaya qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Topaz Premyer Liqasında bu gün “Simurq”a evdə 2:1 hesabı ilə qalib gəldikləri oyunda yetirmələrindən razı qalıb: “İki fərqli hissə izlədik. Fasilədən sonra rəqibin hücuma keçəcəyini bilirdik. Oyunun sonlarına yaxın təzyiqi artırdıq. Sona qədər mübarizə apardıq və qalib gəldik”

0
0