Georgi Çixradze: Bu, bizə bəraət qazandırmır
18.11.2012 - 19:00
Georgi Çixradze: Bu, bizə bəraət qazandırmır
“Oyundan öncə heyətlə bağlı müəyyən çətinliyimiz var idi. Cəzalı 4 futbolçumuzdan üçü müdafiəçidir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.

Gürcü çalışdırıcının sözlərinə görə, Topaz Premyer Liqasında bu gün səfərdə “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyunda itkiləri nəticəyə təsir edib: “Komandanın ehtiyat qüvvəsi yoxdur. Lakin, bu, bizə bəraət qazandırmır. İlk hissədə kobud səhvlərə yol verdik. İkinci hissəni daha yaxşı keçirdik, hesabı bərabərləşdirə bilərdik. Təəssüf ki, öz səhvlərimiz ucbatından məğlub olduq”.