“Hücumda oyun qurmağa çətinlik çəkdik”
18.11.2012 - 21:19
“Hücumda oyun qurmağa çətinlik çəkdik”
“Rəqibin oyununa bələd idik, matça Tovuzda hazırlaşmışdıq. Stabil heyəti formalaşdırmağa çalışırıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib.

O, komandasında ilk məğlubiyyətini aldığı “İnter”lə səfər matçı haqda danışarkən, ümumilikdə qiymət verib: “Çempionat vaxtı oyunçuları sınaqdan keçirmək, xəttlərarası əlaqəni qaydasına salmaq çətindir. Mərkəz müdafiəçiləri verilən tapşırığı yerinə yetirməməyi mərkəzdən tez qol buraxmağımıza səbəb oldu. Vurulan ilk qoldan sonra “İnter” əks-hücum taktikası ilə oynadı. Hücumda oyun qurmağa çətinlik çəkdik. İlk hissədə komandanın oyunundan 30-40% razı qala bilərəm. Qapıçımız komandanı bir neçə dəfə real qol epizodunda xilas etdi. İkinci hissədə əldə etdiyimiz qol imkanlarından yararlana bilmədik”.