Kaxaber Sxadadze: Komandam çox yaxşı oynadı
18.11.2012 - 21:23
“Maraqlı oyun oldu. Komandam çox yaxşı oynadı, qələbəyə layiq idik. Futbolçuların göstərdiyi oyundan və alınan nəticədən razıyam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcü çalışdırıcı bu gün Topaz Premyer Liqasında evdə “Turan”a 2:0 hesabı ilə qalib gəldikləri ev oyununda rəqibi haqda xoş sözlər deyib: “Turan”ın və xüsusən də qapıçısının oyununu qeyd etməliyəm. Komandada məşqçi işi görsənir, son oyunlarda müxtəlif taktikalarla oynayırdılar. Əvvəllər “Turan” müdafiə futbolu oynayırdı, indi isə hücuma daha çox fikir verir. Gələcəkdə komandanın daha da yaxşı olacağını düşünürəm. Bugünkü oyunda biz rəqibdən güclü idik”.

0
0