“Neftçi”nin rəqibi məğlubiyyətdən qaçdı
19.11.2012 - 09:38
“Neftçi”nin rəqibi məğlubiyyətdən qaçdı
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “İnter” İtaliya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi öz meydanında “Kalyari”ni qəbul edib. Məhsuldar keçən matç 2:2 hesabı ilə başa çatıb. “Neftçi”nin rəqibinin qollarını 11-ci dəqiqədə Palasio və 82-ci dəqiqədə avtoqola imza atan Astori vurublar. Məğlubiyyətdən sona 8 dəqiqə qalmış avtoqolla qaçan “İnter” 2-ci pillədə qalıb. 13 turdan sonra 28 xalı olan milanlılar lider “Yuventus”dan 4 xalı geri qalır.