Gökdəmir oynadı, komandası qələbə seriyasını uzatdı
19.11.2012 - 09:45
Milli komandamızın müdafiəçisi Əli Gökdəmirin şərəfini qoruduğu “Hannover 96”nın ikinci komandası ardıcıl qələbə seriyasını 7-yə çatdırıb. Apasport.az saytının xəbərinə görə, hannoverlilər bu dəfə səfərdə “Lübek”in müqavimətini qırıb. Görüşdə yeganə qolu alban mənşəli isveçrəli futbolçi Adrian Nikçi vurub. Gökdəmir bu matçda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Hannover 96” hazırda Regionalliqanın Şimal zonasının dəyişməz lideridir. Əlinin komandasının hesabında 38 xal var.
Qeyd edək ki, “Hannover 96” hazırda Regionalliqanın Şimal zonasının dəyişməz lideridir. Əlinin komandasının hesabında 38 xal var.
0
0