12 ildən sonra 7 top fərqi
19.11.2012 - 11:03
Topaz Premyer Liqasının XIII turunda “Sumqayıt”ı 8:1 hesabı ilə məğlub edən “Neftçi” 12 ildən sonra belə inamlı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, tarixində 9-cu dəfə ən azı 7 top fərqilə qalib gələn “ağ-qaralar” sonuncu dəfə 2000-ci ildə belə darmadağına sevinmişdi.
Ötən əsrə təsadüf edən bu matç 2000-ci il sentyabrın 9-da baş tutub. Həmin vaxt “Neftçi” Naxçıvan “Araz”ını 7:0 hesabı ilə məğlub etmişdi.
“Ağ-qaralar”ın 8 və ya daha çox qol vurduğu son matç isə daha əvvəl – 1998-ci il dekabrın 7-də olub. O vaxt bakılılar “Şahdağ”la oyunda daha amansız olublar – 11:0.

0
0