“Şəfa”nın zərər çəkən şüşələri sifariş olunub
19.11.2012 - 12:03
Noyabrın 17-si saat 12:00 radələrində “Şəfa” stadionuna ziyan dəyib. Apasport.az saytının xəbərinə görə, 28 May – Həzi Aslanov metrostansiyası istiqamətində hərəkət edən 11 nömrəli sərnişin avtobusu sürətlə hərəkət edərək arenanın sağ şüşə qatını sındırıb. Həmin vaxt nəqliyyat növü Heydər Əliyev prospektindəki işıqforlardan birini qırmaqla yanaşı, kənarda dayanmış “Toyota” markalı avtomobili də əzmişdi.
“İnter”in vitse-prezidenti Müzəffər Novruzəliyev yenicə istifadəyə verilmiş arenanın xəsarət almasından narahatçılıq keçirmədiyini bildirdi: “Artıq şüşələr sifariş olunub. Narahatçılığa heç bir əsas yoxdur. Onsuz da stadionun həmin hissəsində təmir işləri başa çatmamışdı. Yaxın günlərdə həmin yer də qaydasına düşəcək”.

0
0