8 qol buraxan klubun legioneri: Belə də olmalı idi - MÜSAHİBƏ
19.11.2012 - 12:08
“Sumqayıt” klubunun legioneri Murat Doymuşun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XIII turunda “Neftçi”yə 1:8 hesabı ilə uduzduğunuz oyun haqda nə deyə bilərsiz?
- Bu, sırf özümüzdən qaynaqlandı. O qədər bərbad oynadıq ki... Rəqibə qol vurmaq üçün bu qədər rahat şərait yaradırsansa, belə də olmalı idi.
- Belə zəif çıxış etməyiniz nə ilə bağlı idi? Bəlkə komanda yaxşı hazırlaşa bilməmişdi?
- Komanda oyuna hazır idi. Sadəcə, özümüz də bilmədən oyunumuzu göstərə bilmədik. Səkkizinci dəqiqədə qol buraxdıq. Toparlanmamış, daha birini buraxdıq. Hər şey futbolçulardan qaynaqlanır.
- Baş məşqçi Bernhard Raab komandanın cəmi 8 dəqiqə mübarizə apardığını qeyd etdi. Hansı səbəblərdən onu bu qədər məyus etdiniz?
- Baş məşqçi haqlıdır. Həm də bəzi futbolçularımızın yoxluğu, onların yeri görünürdü. Eyni zamanda, meydanda olanların bir neçəsi də öz oyununu göstərə bilmədi.
- İlk dövrədə “Neftçi”ni məğlub etmişdiniz. Həmin vaxtdan bəri rəqib çox güclənib, yoxsa “Sumqayıt” yorulub?
- İlk oyunda bu qədər səhv etməmişdik. Rəqibin vurduğu 8 qoldan yeddisində o qədər bəsit səhvlərə yol verdik ki, sonda hesab belə alındı.
- Bu məğlubiyyətdən sonra toparlanmaq çətin olmayacaq ki?
- Çətin olacaq, ancaq buna məcburuq. Çünki növbəti həftə də oyunumuz var.
- “Sumqayıt” bu gün istədiyi yerdədir?
- Deməzdim ki, istədiyimiz yerdəyik. Bəzi oyunlar oldu ki, xallar itirdik. Həmin vaxt itirdiyimiz xalları qazansaydıq, bu gün daha yaxşı yerdə qərarlaşacaqdıq.
- Komandanın hədəfi nədir?
- Bütün oyunlarda yaxşı çıxış etmək, qələbə qazanmaqdır. Bizdən bu tələb olunur. Amma hələlik bunun öhdəsindən gələ bilmirik.

0
0