Fomenko “Qəbələ”ni məğlub etməkdən dəm vurdu
19.11.2012 - 12:34
Fomenko “Qəbələ”ni məğlub etməkdən dəm vurdu
“Rəqib son oyunlarda qələbə qazanır. “Qəbələ” yaxşı komandadır. Biz də oyuna ciddi hazırlaşmışıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Kəpəz”in hücumçusu Yuri Fomenko deyib.

Ukraynalı futbolçu bu gün “Qəbələ” ilə keçirəcəkləri oyun haqda fikirlərini açıqlayarkən, səfərdə qalib gələ biləcəklərini dilə gətirib: “Həftə ərzində ağır məşqlərimiz olub. Heç kim asan oyun gözləməsin. Düşünürəm ki, maraqlı və gərgin oyun olacaq. İlk dövrədə “Qəbələ”ni məğlub etmişdik. Növbəti dəfə niyə eyni uğura imza atmayaq? Futbolda hər şey ola bilər”.