Əfran İsmayılovun avtoqolu
19.11.2012 - 12:47
El arasında nişanı qayıdan qıza yaxşı baxmırlar. Nə edək ki, belə əcaib mentalitetimiz var. Qızın adı çıxandan sonra həmyaşıdları ilə müqayisədə onun evdə qalmaq ehtimalı daha çoxdur. Camaata günahın kimdə olması maraqlı deyil. Hamının ağzında bir cümlə var: nişan qayıtdı, vəssəlam!
Əfran İsmayılov da "Qarabağ"dan ayrılmaq istədiyini açıqlayıb "Neftçi"dən üzük almışdı. Artıq flaqmanla nişanlanan İsmayılov nə oldusa, qəfil fikrini dəyişib üzüyü geri qaytardı.
Bəli, Əfran "Qarabağ" tərk etməyəcəyini açıqladı. Görəsən, niyə belə oldu?
Şou-biznesdən "örnək"
Adətən belə hallara Azərbaycan şou-biznesində rast gəlirik. Repertuarı zəngin olmayan, özünə "əjdahalar" içində yer tapmayan, bir sözlə, "oxumaq" nədi bilməyən müğənni unudulduğunu görüb ortaya mənasız və sensasion söhbət atıb, gündəmə bomba kimi düşür. Başqa yolu yoxdu axı. Müasir Azərbaycan şou-biznesində sənətə yer olmadığından burada yalnız qeybətlər ön plana çıxır. Xalqa da kiminsə oxumağı yox, birinin digərinin arxasınca danışması maraqlı olur.
Deyəsən, Əfran İsmayılov da müğənnilərimizin yolu ilə getmək fikrinə düşmüşdü. Bəli, bir ara İsmayılov "məlahətli" oyunu ilə futbol azarkeşlərinin ürəyinə yol tapmışdı. Amma zədələndikdən sonra "səsinin tutulması" Əfranı "futbol estradası"ndan kənara saldı. Əfran da başına döndüyüm, nə etsin-nə etməsin, qəfil belə bir açıqlaması ilə futbol şou-biznesimizin içinə bomba saldı.
Hə, belədə yadımıza düşdü ki, sən demə, Əfran adlı futbolçumuz da var imiş. Necə də yadımızdan çıxıb e. Bir sözlə, bir həftə boyunca yerli mətbuat İsmayılovun "Qarabağ"ı "Neftçi"yə dəyişməsini müzakirə etdi. Köpəkoğlunun "şou biznes"i...
Bugünə qədər müğənnilərimizi qınayırdıq ki, oxumurlar, ancaq qeybət edirlər. Sən demə, bu gündəmdə olmaq üçün ən yaxşı və ən əsas yoldu. Boş-boş danışmağa nə var ki. Mənə elə gəlir ki, artıq Əfran üçün də futbol oynamaq çətin idi. Bir kəlmə söz işlətmək isə bir qurtum su içmək kimi bir şeydi. Əvəzində hamı səndən danışsın.
Vallah, belə gedişlərlə futbol inkişaf etdirmək olmaz. Əfranın futbolətrafı oyunu bir növ "avtoqol" kimi bir şeydi. "Gedirəm" deyib sonra da fikrini dəyişən İsmayılov daha başa düşmədi ki, topu öz qapısına göndərdi. Bəli, topa yanlış toxunmaq Əfranın nüfuzuna və sədaqət andına ciddi zərbə vurdu.
Çatlayan şüşə
Sizcə, belə addım atmaqla İsmayılov komandada daha da seviləcək? Buna inanmıram. Əksinə, həm klub rəhbərliyi, həm məşqçi heyəti, həm komanda yoldaşları, həm də "Qarabağ" azarkeşlərinin ürəyində Əfran sevgisi çat verəcək. Bundan sonra heç kim Əfranın fikrindən dönməsini yada salmayacaq. Hamı öncə onun "Qarabağ"dan getmək istədiyini xatırlayacaq. Deyəcəklər ki, İsmayılov komandaya sadiq futbolçu deyil. Yəni onun ürəyindən "Qarabağ"dan getmək istəyi keçib.
Düzdü, futbol peşəkarların oyunudu - bu gün burdasan, sabah orada. Ancaq sən getmək istədiyini açıqlayırsansa, deməli, özün öz əllərinlə körpünü dağıdırsan. Bir nəfəri söyüb ondan üzr istəsən, həmin bir nəfərin gözündə qazandığın hörməti itirəcəksən. Sabah səndən söz düşərkən, söydüyün şəxs üzr istəməyi yox, söyüşü xatırlayacaq. Şüşəni sındırandan sonra onun parçalarını bitişdirsən də, yenə də onda çat qalacaq. Çətin ki, bundan sonra Əfran "Qarabağ" azarkeşlərinin gözündə əvvəlki kimi hörmətli futbolçu olsun.
Deyirlər, ziyanın yarısından qayıtmaq da xeyirdi. Ancaq sizcə, İsmayılov nə dərəcədə xeyirli iş gördü. "Qarabağ"ı "Neftçi"yə dəyişmək Əfrana puldan başqa heç nə gətirməyəcəkdi. Karyera düşünmək boş şeydi. Karyera düşünən futbolçu səviyyəsi oynadığı komandadan yüksək olmayan digər yerli komandaya keçməz. Avropaya getsəydi, o başqa məsələ...
Xarizma olmayan yerdə
Hadisələrin axarı həm də onu göstərdi ki, Əfran xarizmalı futbolçu deyil. Xarizmalı futbolçu heç vaxt qərarını dəyişməz. Hətta səhv seçim etdiyini başa düşsə də, tərslik edib sözünün üstündə durmalıdı. Ancaq İsmayılov bir ayağını önə qoyub addım atmaq istəsə də, sonrada həmin ayağını geri çəkdi. Kənarda dayanan da həmin anda sənin ən düzgün qərar qəbul edib səhvini başa düşdüyünü fikirləşməyəcək. O elə biləcək ki, sən cəsarətsizsən və irəliləmək fikrin yoxdu.
Təəssüf ki, İsmayılov hazırda ictimaiyyət arasında cəsarətsiz futbolçu nümunəsi kimi yadda qaldı. Yaxşı sən "Qarabağ"da qalacaqdınsa, addımını geri çəkəcəkdinsə, niyə belə qərar qəbul edirsən? Bunu qadın etsəydi, fikirləşərdik ki, zərif cinsin nümayəndəsidi, hisslərlə oturub-durur. Ancaq Əfran döyüşkən ruhlu futbolçu olduğundan bu hərəkət ona yaraşmadı.
Nə yaxşı ki, İsmayılov dərzi deyil. Onda vay ona parça verib şalvar tikdirənin halına. Görəsən, onda da Əfran şalvarı tikdikdən sonra sökəcəkdi? Hələ mən onun memar olmasından danışmıram. Binanı da tikəndən sonra sökmək olarmı?
Deməli, bir layihəni həyata keçirməzdən öncə yüz ölçməli və bir biçməlisən. Müdriklərdən birinin belə bir sözü var: sözü deməmisənsə, onun ağasısan, dedinsə, qulusan.
Ümid edək ki, Əfran karyerasının sonuna qədər "Qarabağ"da qarımayacaq. Yox, onu 5 nəfərlə evlənib-boşanmış hansısa komandamız almasın! Təmiz Avropa komandasına getsin. Bizim mentalitetdə özgəyə qız vermirlər. Ümid edək ki, futbolda bu mentalitet yığışdırılsın! Xarici klublara futbolçu verək!

0
0