“50 yaşa çatmışam, Şimali İrlandiyanın bu qədər qol imkanını görməmişəm”
19.11.2012 - 13:08
“50 yaşa çatmışam, Şimali İrlandiyanın bu qədər qol imkanını görməmişəm”
“Etiraf etməliyik ki, azarkeşlər komandadan qələbə gözləyirdilər. Lakin xal itkilərinə baxmayaraq baş məşqçi Maykl O’Nilə heç bir təzyiq yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya Futbol Assosiasiyasının prezidenti Cim Şou deyib.

Qurum başçısı DÇ-2014-ün seçmə mərhələsinin son oyununda Azərbaycan yığması ilə heç-heçə edən (1:1) komandasının evdəki xal itkisindən sonra da baş məşqçi Maykl O’Nilin istefasının gündəmə gəlmədiyini bildirib.

Şou baş məşqçiyə etimadın sonadək olduğunu bildirməklə yanaşı millimizlə qarşılaşmaya da toxunub: “Biz artıq qarşılaşdığımız rəqiblərin hər birini uda bilərdik. Bunu bacarmamağımız bizi təəssüfləndirir. Azərbaycanla oyunda çox sayda qol imkanları yaratdıq. Bu, çox yaxşı iyun idi. İmkanlardan istifadə etsəydik, nəticə də əla olardı”.

O, oyunboyu hücumda olan britaniyalılardan heç vaxt belə oyun görmədiyini də etiraf edib: “50 yaşa çatmışam, hələ indiyədək Şimali İrlandiyanın bu qədər qol imkanı yaratdığını görməmişdim. Bu qarşılaşmada azarkeş dəstəyini yüksək qiymətləndirirəm. Bundan sonra mundialın final mərhələsinə çıxmaq şanslarımızın bitdiyini də etiraf etməliyik. Hərçənd, Lüksemburq, Portuqaliya və Azərbaycanla qarşılaşmalarda 9 xal da yığa bilərdik. Biz isə hər 3 matçda 1:1 hesabı ilə kifayətləndik”.