“Neftçi”dən və Nikolas Kanalesdən görünməmiş rekordlar
19.11.2012 - 13:25
“Neftçi”nin çilili futbolçusu Nikolas Kanales Topaz Premyer Liqasında poker edən 2-ci futbolçu olub. Apasport.az saytının məlumatına görə, hesabata turunda “Sumqayıt”I 8:1 hesabı ilə qalib gəldikləri oyunda qolların yarısını vuran hücumçuya caro mövsümdə AZAL-ın braziliyalı hücumçusu Junior Nildo 4 qol vurmuşdu. Nildo sentyabrın 16-da “Qarabağ”ın qapısına 4 qol vurmuşdu.
2004/05 mövsümündən sonra ilk dəfə 1 mövsümdə 1-dən artıq poker qeydə alındı. Ümumilikdə isə 20 illik çempionatlar tarixində 35-ci dəfə poker gerçəkləşdi.
Kanales Azərbaycan çempionatlarında pokerə imza atan ilk çilili olmaqla yanaşı bunu bacaran 7-ci legioner kimi tarixə düşdü. 2004/05 mövsümündə İssa Nikiema (Gənclərbirliyi), Mixail Xutsişvili (Kəpəz), Fernando Peres (Bakı), 2007/08 mövsümündə Vitali Balamestnı (Qəbələ), 2008/09 mövsümündə İvan Svetkov (Xəzər-Lənkəran), cari çempionatda isə Kanalesə qədər Nildo (AZAL) 1 oyunda 4 qol vurmuşdu.
Nikolasa qədər “Neftçi”nin cəmi 2 futbolçusu çempionatda poker etmişdi. 1992 mövsümündə Samir Ələkbərov iki dəfə, Nazim Əliyev isə 1994/95 və 1995/96 mövsümlərində bunu bacarmışdı. Bu 2 futbolçunun 4 pokerindən sonra 17 il idi ki, bakılıların futbolçuları 1 matçda 4 qol vurmurdu. 1995-ci sentyabrın 10-da OİK-lə ev oyununda (5:1) 4 qol vuran Əliyevdən sonra Kanales bunu bacardı. O, klubun Azərbaycan çempionatlarında 5-ci pokerini gerçəkləşdirib, buna nail olan ilk legioner və 3-cü futbolçu oldu.
“Neftçi” cari mövsümdə 1 oyuna ən çox qol vuran komanda oldu. 8 qol vuran bakılılar “Qarabağ” və AZAL-a məxsus rekordu 2 top yaxşılaşdırdı. “Qarabağ” avqustun 19-da “Sumqayıt”a 6 qol vurub, sentyabrın 16-da AZAL-dan 6 qol buraxıb.
1 oyunda 8 qol vuran sonuncu komanda “Bakılı” idi. 2003-cü il noyabrın 15-də paytaxt futbolçuları Sumqayıtın digər klubu “Xəzər”i 8 qolla məyus etmişdi – 8:2.
20 illik çempionatlar tarixində ümumilikdə 35-ci dəfədir ki, hansısa komanda 1 oyuna 8 və ya daha çox qol vurur.
Sonuncu dəfə avqustun 26-da böyük hesabla uduzan “Sumqayıt” Qəbələdə eyniadlı komandaya 1:4 hesabı ilə yenildikdən 82 gün sonra eyni aqibətə üzüldü. Lakin klub tarixində 11-ci böyükhesablı olan nəticə ən acınacaqlı oldu.
İlk dəfə 7 top fərqilə uduzan “Sumqayıt” 1 oyunda 8 qol buraxmamışdı. “Neftçi”yədək “Gənclik şəhəri” təmsilçisi ən pis halda 6 dəfə üzülmüşdü.
“Neftçi” 7 top fərqi ilə qalib gələrək mövsümün ən böyükhesablı qələbəsini qazandı. Bunadək rekord “Qarabağ”a məxsus idi. Ağdamlılar avqustun 19-da elə indi uduzan “Sumqayıt”ı 5 top fərqi ilə üstələmişdi – 6:1. “Neftçi”dən fərqli “Qarabağ” bunu səfərdə gerçəkləşdirmişdi.
Sonuncu dəfə 2008-ci il noyabrın 22-də ən azı 7 top fərqilə qələbə qeydə alınıb. Həmin gün “Bakı” “Turan”ı 7:0 hesabı ilə məğlub edib.
Ümumilikdə isə 20 illik çempionatlar tarixində 45-ci dəfədir ki, bir komanda 7 və daha çox fərqlə qalib gəlir.

0
0