“Vosmoy” 14-cü oldu
19.11.2012 - 13:36
“Vosmoy” 14-cü oldu
AFFA-nın bu ildən istifadəyə verdiyi 8-ci km qəsəbə stadionu Azərbaycan milli çempionatının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, yeni inşa olunmuş arenada ilk çempionat matçının keçirilməyi ilə cari mövsüm Topaz Premyer Liqasını matçlarını qəbul edən arenaların sayı 14-ə çatdı. Həmin oyun 8:1 hesabı ilə nəticələnən “Neftçi” – “Sumqayıt” matçı oldu.

Bunadək Bakıda 7 stadion – Tofiq Bəhramov adına stadionu, "Bakı"nın bazası, “AZAL Arena”, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, “Dalğa Arena”, “Şəfa” və “Bayıl Arena”, həmçinin Gəncə, Qəbələ, Lənkəran, Sumqayıt, Tovuz və Zaqatalada klublarımız meydana çıxmışdılar.