Andrey Şevçenko millinin baş məşqçisi olmaqdan imtina edib
19.11.2012 - 14:36
Andrey Şevçenko kapitanı olduğu Ukrayna yığmasının baş məşqçisi olmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı keçmiş hücumçunun Ukrayna Futbol Federasiyasının prezidenti, Bakı “İnter”inin sabiq baş məşqçisi Anatoli Konkovla bugünkü görüşündə sonra ondan aldığı təklifi qəbul etmədiyi rəsmən açıqlanıb.
Şevçenko bu gün Futbol Evində keçirilən görüşdən sonra qərarını belə izah edib: “Bu posta təyin olunmağımın lehinə və əleyhinə olan bütün futbol mütəxəssislərinin hamısına minnətdarlıq etmək istərdim. Çünki bu ekspertlərin fikirləri mənim üçün çox vacibdir. Ancaq hesab edirəm ki, bugünkü gündə Ukrayna yığmasına rəhbərlik etmək mənim üçün bir az tələsik addımdır. Ümid edirəm ki, federasiyanın rəhbərliyi mənim qərarıma hörmətlə yanaşacaq. Əminəm ki, milli komandamızın 2014-cü il dünya çempionatına düşmək şansı var. Mən özüm tərəfdən yığmamızı maksimal nəticələrin əldə olunmağı yolunda dəstəkləməyə həmişə hazıram”.

0
0