“Neftçi” – “Partizan” matçının baş hakimi müəyyənləşdi
19.11.2012 - 14:37
“Neftçi” – “Partizan” matçının baş hakimi müəyyənləşdi

“Neftçi” klubunun futbol üzrə Avropa Liqasında Serbiya “Partizan”ı ilə Bakıda keçirəcəyi oyunun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qarşılaşmanı uelsli referi Saymon Li Evans idarə edəcək.

37 yaşlı ədalət təmsilçisi 2007-ci ildən beynəlxalq oyunlara təyinat alır. O, 2010-cu ildən 1-ci kateqoriyalı hakimlər sırasına daxil edilib. Noyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Partizan” matçında Evansa həmyerliləri kömək edəcək.

22 noyabr
21:00. "Neftçi" - "Partizan" (Serbiya)
Baş hakim: Simon Lee Evans
Baş hakimin köməkçiləri: Edward King, Philip Thomas
Dördüncü hakim: Alun Boore
Baş hakimin əlavə köməkçiləri: Mark Steven Whitby, Bryn Markham-Jones
(Hakimlər briqadası Uelsdəndir)
Hakim-inspektor: Rudolf Zavrl (Sloveniya)
UEFA nümayəndəsi: Günter Benkö (Avstriya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu