“Neftçi” üçün britaniyalı qapıçı - FOTO
19.11.2012 - 15:17
Avropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək “Neftçi” – “Partizan” qarşılaşmasının baş hakimi uelsli Saymon Evansın kimliyi məlum olub. Apasport.az saytının xəbərinə görə, Azərbaycan və Serbiya çempionlarının görüşündə fit çalacaq britaniyalı 1975-ci il oktyabrın 13-də anadan olub.
2007-ci ildən beynəlxalq dərəcəli hakim olan Evans vaxtilə futbolçu kimi Uelsin yaşıl meydanlarında da çıxış edib. Lakin o daha çox otüstü hokkey üzrə qapıçı kimi tanınıb. Hətta beynəlxalq yarışların da iştirakçısı olub.
Futbol hakimi kimi inkişaf etdikdən sonra isə Evans 2008-ci ildə UEFA kubokunun final qarşılaşmasını idarə edib. UEFA-nın hakimlər üçün 1-ci kateqoriyasına daxil olan britaniyalı ardıcıl 3 mövsümdür ki, Avropa Liqasının qrup oyunlarında da iş başında olur.
Maraqlıdır ki, onun beynəlxalq arenada son oyunu “Neftçi”ni Çempionlar Liqasından kənarlaşdıran “Hapoel”in (Kiryat-Şmona) iştirakı ilə olub. İsrail təmsilçisinin İspaniyada Bilbao “Atletik”i ilə heç-heçə (1:1) etdiyi görüşün baş hakimi olan Evans indi “Neftçi”nin matçında fit çalacaq.
İndiyədək təmsilçilərimizlə yolları kəsişməyən referi Avro-2012 və DÇ-2014-ün seçmə mərhələlərində də meydana çıxmağa imkan tapıb.

0
0