Mahmud Qurbanov vaxt istədi
19.11.2012 - 16:24
“Qəbələyə xal dalınca gəlmişdik. Ancaq bu, bizdə alınmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib. Topaz Premyer Liqasında bu gün “Qəbələ”yə səfərdə 0:2 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini bildirən 39 yaşlı çalışdırıcı buraxdıqları səhvlərin nəticəyə təsir etdiyi bildirib: “Xal qazanmaq üçün əlimizdən gələni etdik. Ancaq çatışmazlıqlarımız var. Bunun aradan qaldırmaq üçün hələ çox çalışmalıyıq”.
0
0