Badri Kvaratsxeliya: Haqq etdiyimiz qələbəni qazandıq
19.11.2012 - 16:27
“Kəpəz”lə oyuna yaxşı hazırlaşmışdıq. Çünki bu matç öncəsi çempionatımızda yaranan uzun müddətli fasilə işimizə yaradı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin məşqçisi Badri Kvaratsxeliya deyib. O, vaxtilə “Kəpəz”də “Şəmkir”də komanda yoldaşı olan Mahmud Qurbanovun çalışdırdığı “Kəpəz”lə oyuna komandanı çıxarmışdı. Buna da səbəb “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədovun cəzalı olduğundan, “texniki zona”dan kənarda qalmağı idi.
Gürcü çalışdırıcı komandasının 2:0 hesabı ilə nəticələnən ev oyununda layiqli qələbə qazandığını bildirib: “Bu gün haqq etdiyimiz qələbəni qazandıq. Hər 2 hissədə xeyli qol imkanlarımız oldu. Bunlardan 2-ni dəyərləndirə bildik. Hesabda 2:0 irəlidə olduqdan sonra rahatlaşdıq. Ancaq belə etmək olmaz. Bunun aradan qaldırmaq üzərində işləyəcəyik”.

0
0