Messi 1 rekord qırıb, digərinə yaxınlaşdı
19.11.2012 - 16:51
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2012-ci ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qol sayını 23-ə çatdıran Lionel Messi cədvələ başçılıq edir.
Argentina milli komandasında 12, İspaniyanın “Barselona” klubu ilə avrokuboklarda 11 qol vuran cənubi amerikalı bununla da yeni dünya rekordu müəyyənləşdirib. Belə ki, İFFHS-in “İlin beynəlxalq oyunlardakı ən məhsuldar futbolçusu” ilə bağlı hesablamalar apardığı 1991-ci ildən indiyədək heç kim bu qədər qol vurmamışdı.
Lakin Messinin futbol tarixinin mütləq rekordunu müəyyənləşdirməsi hələ mümkün olmayıb. Belə ki, uzaq 1909-cu ildə İngiltərə yığmasındakı 10 oyuna 25 qol vuran Con Vudvarta çatmaq üçün argentinalı daha 2 dəfə fərqlənməlidir. Bunun üçün argentinalının Çempionlar Liqasının qrup mərhələsində “Barselona”nın heyətində keçirəcəyi 2 oyun var.

0
0