AFFA qadın futbolçular üçün təlim keçdi - FOTOSESSİYA
19.11.2012 - 17:34
AFFA qadın futbolçular üçün təlim keçdi - FOTOSESSİYA
AFFA və UNICEF Azərbaycan arasında əməkdaşlıq çərçivəsində növbəti tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, bu dəfə "Zaqatala" Qadın Futbol Klubunun üzvlərinə təlim keçirilib. Gənc futbolçulara sağlam həyat tərzi - saglam qidalanma, idmanla məşğul olmağın xeyirli tərəfləri, zərərli vərdişlər, erkən nikahların mənfi tərəfləri və uşaq haqları haqqında ətraflı məlumatlar verilib. Təlimin növbəti günü liqanın qızları təlimdən öyrəndikləri məlumatları öz həmyaşıdlarına çatdırılıb və təlimçi Aydın Xəlilovla birlikdə bir çox maraqlı tapşırıqlar da yerinə yetiriblər.

Qeyd edək ki, bu əməkdaşlığın əsas hədəf qrupu U-17 UNICEF qızlar liqasında çıxış edən futbol klublarıdır. Ötən müddət ərzində əməkdaşlıq çərçivəsində bir necə tədbir kecirlib. Tədbirlərin əsas hissəsini tədris yönümlü təlimlər təşkil edir. Belə tədbirlərdən biri də noyabrın 16-da və 17-də Zaqatalada keçirilib. Tədbirin əsas məqsədi AFFA və UNICEF-in sosial yönümlü əməkdaşlığının işıqlandırılması idi.

Mənbə: affa.az