Qrem Smit debütündə avtoqol etdi
20.11.2012 - 00:00
“Qəbələ”nin sabiq qapıçısı Qrem Smitin yeni klubunda debütü uğursuz alınıb. Apasport.az saytının xəbərinə görə, Smitin noyabrın 13-də sıralarına qoşulduğu “Partik Tisl” səfərdə “Hamilton Akademikal”a yenilib.
Maraqlıdır ki, “Nyu Duqlas Park”da 2450 tamaşaçının izlədiyi görüşdə qol məhz Smitin passivinə yazılıb. Belə ki, fasilə ərəfəsində Ali Kroufordun zərbəsindən sonra top Smitə dəyərək tora daxil olub. Nəticədə Qrem avtoqol etmiş sayılıb. Bununla belə, “Partik Tisl” Şotlandiyanın I dəstəsində 26 xalla liderliyini davam etdirib.
Qeyd edək ki, yayda müqaviləsi başa çatdığı üçün “Qəbələ”dən ayrılan 29 yaşlı qolkiper Qlazqo təmsilçisinə 6 həftəlik keçib. Buna səbəb məhz bu müddətə “Partik Tisl”in əsas qapıçısı Skott Foksun sıradan çıxmasıdır.

0
0