“Portu” azərbaycanlı futbolçu ilə bağlı vaxt istədi
20.11.2012 - 10:00
“Portu” baxışdan keçirdiyi “Sumqayıt”ın futbolçusu Orxan Əliyevlə bağlı vaxt istəyib. Bu haqda apasport.az saytına 17 yaşlı hücumçunun meneceri Vaqif Heydərli məlumat verib.
FİFA agenti Portuqaliya klubunun rəhbərliyinin məşqçilərlə keçirdiyi görüşdən sonra Orxana daha bir neçə baxışdan keçirməklə bağlı onlara məlumat verildiyini bildirib: “Qərara gəldilər ki, futbolçumuza daha 4-5 gün baxsınlar. Bu həftəsonuna qədər taleyinə aydınlıq gətirəcəklər. Yəqin, Orxanda nəsə görüblər ki, ona yenə baxmaq istəyirlər. Əks təqdirdə onunla bağlı artıq indi yekun fikirlərini bildirərdilər”.
Qeyd edək ki, Orxan 2 həftədir “Portu”nun əvəzedici komandasının düşərgəsində yer alıb.
Mehman SÜLEYMANOV

0
0