Tumbakoviç “Neftçi”ni “Smederevo”dan güclü saydı
20.11.2012 - 10:30
Tumbakoviç “Neftçi”ni “Smederevo”dan güclü saydı
“Baş məşqçimiz Vladimir Vermezoviçi qınamaq düzgün olmaz. Komandanın uğursuzluqlarının səbəbini çalışdırıcıda axtarmamalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun direktoru Lyubişa Tumbakoviç deyib.

O, rəhbərliyində yer aldığı komandanın son vaxtlar uğursuzluq zolağında olmasına münasibət bildirib. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin qonağı olacaq Belqrad təmsilçisinin nümayəndəsi təmsilçimizi “Smederevo” ilə müqayisə edib: “Əlbəttə ki, uduzmaq heç vaxt xoş deyil. Amma rəqiblər bizimlə oyunlara xüsusi motivasiya ilə çıxır. Bizim növbəti səfərimiz Azərbaycanadır. “Neftçi” ilə duelimiz də çətin olacaq. Bundan sonra isə çempionatın “Smederevo” ilə qarşılaşmasında nisbətən asan oyuna çıxacağıq”.