Ufuk Budak “Əskişəhərspor”da oynadı
20.11.2012 - 12:01
Ufuk Budak “Əskişəhərspor”da oynadı
Yığmamızın müdafiəçisi Ufuk Budak “Əskişəhərspor”da növbəti oyununa çıxıb. Apasport.az saytının xəbərinə görə, istedadlı futbolçu yenə ikinci komandada forma geyinib.

Ufuk bu dəfə doğma meydanda “Karşıyaka” ilə keçirilən matçda çıxış edib. Onun 90 dəqiqə oynadığı görüş 2:2 hesabı ilə başa çatıb. “Əskişəhərspor”dan qolları “Visla”ya məxsus olan Patrik Maletski vurub. Maraqlıdır ki, polşalı futbolçu 88-ci dəqiqədə komandasını azlıqda qoyub.

Evdə xal itirməsinə baxmayaraq, “Əskişəhərspor” A2 liqasında liderliyini sürdürür. “Şimşəklər”i 2 xal fərqlə “Beşiktaş” və “Göztəpə” izləyir.

Qeyd edək ki, Budak bundan öncə “Göztəpə” (2:2) və “Dənizlispor”la (0:3) oyunlarda da meydana çıxmışdı. Futbolçumuz hətta “Göztəpə”nin qapısına qol vurmaqla komandasını yenilgidən xilas etmişdi.