AFFA Böyükağa Hacıyev və millinin kapitanını cəzalandırdı
20.11.2012 - 12:40
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurumun əsas müzakirə obyekti Topaz Premyer Liqasının XIII turunun oyunlarında xoşagəlməz olaylar olub.
“Neftçi” - “Sumqayıt” matçının 35-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Böyükağa Hacıyev hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur.
“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov eyni cəza alıb. Buna səbəb millimizin kapitanının “Qarabağ” – “Simurq” matçının 62-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırılmağıdır.
“Kəpəz” “Qəbələ” ilə səfər oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə 1000 manat cərimə ödəməli olacaq.
Mənbə: pfl.az

0
0