“Xəzər Lənkəran”da doqquzuncu məşqçi
20.11.2012 - 12:46
Topaz Premyer Liqasının XIII turu “Xəzər Lənkəran” üçün yeni baş məşqçinin debütü ilə əlamətdar olub. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisini “Bakı” ilə səfər qarşılaşmasına (0:2) çıxaran Karles Martorell Bakes klub tarixinə 9-cu baş məşqçi kimi düşdü. Belə ki, 2004-cü ildə yaranan “Xəzər Lənkəran”ın 8 illik tarixində ispaniyalı mütəxəssisə qədər 8 çalışdırıcısı olmuşdu.
Bu 8 mütəxəssisdən üçü – Nazim Süleymanov, Rasim Kara və Ağasəlim Mircavadov 2 dəfə bu vəzifəyə təyin olunublar. Onlardan başqa Viktor Pasulko, İqor Ponomaryov, Mirça Rednik, Cüneyt Biçər və Yunis Hüseynov da “Xəzər Lənkəran”ın baş məşqçisi olub.
Bu 8 mütəxəssisdən 4-ü yerli, 4-ü əcnəbi mütəxəssis olub. Türkiyəlilər Rasim Kara və Cüneyt Biçər, ukraynalı Viktor Pasulko, rumıniyalı Mirça Rednikdən sonra Martorell “ağ-yaşılların” 5-ci əcnəbi baş məşqçisi oldu. 5-ci əcnəbi çalışdırıcının vətəni İspaniya isə Türkiyə, Rumıniya və Ukraynadan sonra 4-cü ölkə oldu ki, komandamıza baş məşqçi ilə təmsil olunub.
“Xəzər Lənkəran”ı baş məşqçi əvəzi kimi meydana çıxaran digər 3 çalışdırıcını da saysaq isə Martorell buna nail olan 12-ci mütəxəssis oldu. Belə ki, 9 baş məşqçi ilə yanaşı türkiyəli Şenol Fidan, həmçinin indi də komanda üçün çalışan Hafiz Əliyevlə Emin Quliyev də “Xəzər Lənkəran”ı rəsmi matçlara çıxarıb.

0
0