“Neftçi”nin ən fəal oyunçusu
24.11.2012 - 10:12
“Neftçi”nin ən fəal oyunçusu
Avropa Liqasının qrup mərhələsində çıxış edən Azərbaycan çempionu “Neftçi”nin hücumdakı ən fəal oyunçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin ön xətt oyunçuları deyil, müdafiəçi Bruno Bertuççi fəallığı ilə komanda yoldaşlarını arxada qoyub.

Belə ki, braziliyalı müdafiəçi çərçivəyə digər komanda yoldaşlarından daha çox – 4 zərbə endirib. Bertuççi bu göstəricisi ilə Avropa Liqasında 87-ci pillədədir. Brunonun qapı istiqamətindəki zərbələrinin sayı isə 7-dir. Elə bu göstəricidə də “Neftçi”nin lideri braziliyalıdır. Avropa liqasının ütün iştirakçıları arasında isə 13-18-ci yerləri bölən Bertuççi bir çox tanınmış simaları arxada qoyur.