“Geriyə çəkilmək olmaz”
24.11.2012 - 10:18
“Geriyə çəkilmək olmaz”
“Bizi çox çətin oyun gözləyir. İşimizi çətinləşdirən fakt odur ki, bu oyunda komandanın 2 əsas mərkəz müdafiəçisi - Vladimir Levin və Bryus Abdulaye oynamayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” komandasının futbolçusu Abdulla Abatsiyev deyib.

Gənc yarımmüdafiəçi klubun saytına verdiyi açıqlamada Topaz Premyer Liqasının XIV turunun “Simurq”la bugünkü qarşılaşması haqda fikirlərini açıqlayıb: “Lakin “Simurq”un da itkiləri mövcuddur. İrəlidə çətin matç var. Biz turnir cədvəlində birinci yerdəyik və bizə geriyə çəkilmək olmaz, axı “İnter”in müvəffəqiyyətsizliyindən rəqiblərimiz yararlanmağa çalışacaqlar. Hər matçın böyük sınaq olduğu çox maraqlı mövsüm yaşayırıq”.