“Mitroviç öz hərəkəti ilə bizə bədbəxtlik gətirdi”
24.11.2012 - 10:41
“Mitroviç öz hərəkəti ilə bizə bədbəxtlik gətirdi”
“Neftçi” ilə oyunda çox yaxşı oynadıq. Hətta “Srvena Zvezda”ya uduzduğumuz qarşılaşmadan 2 dəfə güclü çıxış etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun futbolçusu Milan Smilyaniç deyib.

O, Avropa Liqasının V turunun “Neftçi” ilə oyunu (1:1) haqda fikirlərini açıqlayaraq, qalib gələ bilməməklərinin səbəbini qırmızı vərəqə ilə izah edib: “Lakin ilk 10 dəqiqədə rəqibə aşkar uduzmuşduq. Sonda da bunun əziyyətini çəkdik. İkinci hissədə daha yaxşı oynadıq və qələbə də qazanardıq. Lakin Aleksandar Mitroviç öz hərəkəti ilə bizə bədbəxtlik gətirdi. O, komandanı azlıqda qoydu. Bəlkə də meydanda az qaldığımız üçün uda bilmədik”.