“Neftçi”nin rəqibinin cəzası ləğv olundu
24.11.2012 - 11:42
“Neftçi”nin rəqibinin cəzası ləğv olundu
Avropa Liqasının qrup mərhələsində Bakının “Neftçi” klubunun rəqibi olan İtaliya “İnter”inin baş məşqçisi Andrea Stramaççoninin cəzası ləğv edilib. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisinin apelyasiyasına baxan liqa rəhbərliyi mütəxəssisin 1 matçlıq cəzasının ləğvinə qərar verib. Bununla da o, A seriyasının növbəti turunun “Parma” ilə matçında texniki zonada olacaq.

Apelyasiya Komitəsi “İnter”in futbolçusu Antonio Kassanonun cəzası ilə bağlı şikayətə də baxıb. Lakin hücumçunun 2 oyunlqu cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, Avropa Liqasının son turunda qəbul edəcək “İnter”in üzvləri “Kalyari” ilə oyundakı hərəkətlərinə görə cəzalanmışdı. Baş məşqçi oyun zamanı qırmızı vərəqə almış, Kassano isə oyundan sonra hakimi söymüşdü.