Aleksandar Mitroviç: Bakıdakı hərəkətimə görə üzr istəyirəm
24.11.2012 - 12:37
“Bakıdakı oyunda səhv etdiyimiz etiraf edirəm. Həmin anda mən “Neftçi” futbolçularından xahiş etdim ki, sərbəst zərbə zamanı topu lazım olan yerdən oyuna daxil etsinlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun futbolçusu Aleksandar Mitroviç deyib.
Avropa Liqasının qrup mərhələsinin V turunun “Neftçi” ilə oyununda (1:1) əvvəl bərabərlik qolu vuran, sonra qalmaqla yaratmaqla meydandan qovulub komandasını azlıqda qoyan serbiyalı hərəkətlərinə qiymət verib: “Lakin həmin an hakim məni səhv başa düşdü. Bu da məni lap qıcıqlandırdı. Bilirəm ki, səhv etdim. Buna görə də Bakıdakı hərəkətim üçün komanda yoldaşlarım, məşqçilər və azarkeşlərdən üzr istəyirəm. Hamıya aydındır ki, futbolçu belə etməməlidir. Lakin meydanda mübarizə vaxtı hər şey olur. Lakin bu da mənə haqq qazandırmır. Mən günahkaram və cəzalanmağa layiqəm. Klub rəhbərliyinin istənilən cəzasını qəbul etməyə hazıram”.

0
0