Millinin baş məşqçisi qovuldu
24.11.2012 - 15:08
Braziliya milli komandasının baş məşqçisi Manu Menezeş istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ə eb sahibliyi edəcək sambaçılar bu mütəxəssislə dünya çempionu olmamaqdan çəkindikləri üçün belə addım atıb. Belə ki, 50 yaşlı çalışdırıcı komandası sönük oyun göstərməsi üzündən neçə vaxtdır tənqid olunurdu. 2010-cu ildən bu postda olan Menezeşin ən əsas uğursuzluğu ilə London Olimpiadasının finalında Meksikaya uduzma sayılır.
Baş məşqçi postuna əsas namizəd isə Luis Felipe Skolari sayılır. 2002-ci ildə Braziliyanın son çempionluğunu qazandıran mütəxəssis digər namizədlərlə müqayisədə daha şanslıdır.
Baş məşqçi postuna əsas namizəd isə Luis Felipe Skolari sayılır. 2002-ci ildə Braziliyanın son çempionluğunu qazandıran mütəxəssis digər namizədlərlə müqayisədə daha şanslıdır.
0
0