Avrokuboklarda yeni plan
24.11.2012 - 15:51
Azərbaycan klublarının da daim iştirakçısı olduğu avrokubokların formatında cüzi dəyişiklik ediləcək. Apasport.az saytının məlumatına görə, ildən-ilə nüfuzunu itirən Avropa Liqasının komandaları üçün əlavə stimul axtaran UEFA İtaliya Futbol Federasiyasının təklifini qəbul etməyə yaxındır. Hazırda 2 qurum birlikdə yeni plan üzərində çalışırlar.
Bu yenilik ondan ibarətdir ki, Avropa Liqasının yarımfinalına çıxan 4 komanda növbəti il ÇL-in təsnifat mərhələsində oynamaq imkanı qazanacaq. Bu, öz ölkəsinin çempionatından qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazana bilməyən komandalar üçün Avropa Liqasına marağı artıracaq.
Lakin həmin 4 komandanın öz ölkəsi üçün ayrılan yerləri “zəbt edəcəyi”, yoxsa əlavə 4 yerə sahib çıxacağı hələ tam dəqiqləşməyib. Bu yeni plan tam hazır olanda məlum olacaq.

0
0